Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çin gəmisi “Balticconnector” qaz kəmərini "təsadüfən" zədələyib

Çin hakimiyyəti “Newnew Polar Bear” gəmisinin “Balticconnector” qaz kəmərinə ziyan vurduğunu etiraf edib.

“Seanews.az” “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, Çin hökuməti hadisəni təsadüfi adlandırıb.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Pekin öz araşdırmasının materiallarını Estoniya və Finlandiya hakimiyyətlərinə təhvil verib. Bildirilib ki, “insidentə güclü tufan səbəb olub”. Mənbələrin qeyd etdiyi kimi, araşdırma BMT Beynəlxalq Dəniz Təşkilatının qaydalarına uyğun aparılıb.

Estoniya prokurorluğu qəzetə bildirib ki, hesabat onlara daxil olmayıb və Finlandiya Milli Təhqiqatlar Bürosu isə sənədin ötürülməsini təsdiqləməkdən imtina edib. Çin Xarici İşlər Nazirliyi də “South China Morning Post”-un müvafiq sorğusuna hələ cavab verməyib.

Finlandiya və Estoniya arasında sualtı qaz kəmərinin işi keçən ilin oktyabrında sızma ehtimalı səbəbindən dayandırılmışdı. Finlandiya rəsmiləri oktyabrın 10-da keçirdiyi mətbuat konfransında bildiriblər ki, qaz kəmərində oktyabrın 9-da səhər tezdən aşkarlanan zədə, çox güman ki, xarici təsirlərin nəticəsidir. Cinayət işləri üzrə baş müfəttiş Timo Kilpelyaynen qaz kəmərinin zədələnmə nöqtəsinin Finlandiyanın iqtisadi zonasında, Finlandiya körfəzinin mərkəzi hissəsində olduğunu göstərib. Daha sonra Finlandiya Xarici İşlər Nazirliyi “Balticconnector” qaz kəmərinə dəyən ziyanla bağlı Rusiya və Çinlə diplomatik kanallar vasitəsilə əlaqə saxladığını açıqlayıb.

Oktyabrın 20-də Finlandiya Mərkəzi Kriminal Polisi bəyan edib ki, agentliyin diqqəti “Newnew Polar Bear” gəmisinin (Çinin “NewNew Shipping Line” şirkətinə məxsusdur) qaz kəmərinə dəyən zədədə iştirakı olub-olmadığını müəyyənləşdirməyə yönəlib. Polis zədələnmiş “Balticconnector”-un yaxınlığında dibdə yerləşən yad obyekti qaldırıb və bunun gəmi lövbəri olduğu qənaətinə gəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır