Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

ABŞ-nin gəmiqayırma sənayesi ciddi kadr çatışmazlığı ilə üzləşib

Amerika Birləşmiş Ştatlarının dəniz gəmiqayırma sənayesi ciddi kadr çatışmazlığı ilə üzləşib.

“Seanews.az” xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə Bürosunun analitiki Erik Labsa istinadən “Defence News” məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, gəmiqayırma sənayesində işçi qüvvəsi çatışmazlığı yaşanır ki, bu da hərbi gəmilərin istehsalı və texniki xidmətində gecikmələrə səbəb olur. Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi tez-tez son anda gəmilərin razılaşdırılmış konstruksiyasını dəyişir ki, bu da xərclərin artması ilə nəticələnir.

Labsın fikrincə, vəziyyət uzun illər pisləşdiyindən indiki acınacaqlı vəziyyətdən çıxış yolu ABŞ Hərbi Dəniz Qüvvələri üçün asan olmayacaq.

"Mən bu problemdən tez çıxa bilməyin yolunu görmürəm", - ekspert deyib.

Bundan əvvəl xarici KİV-lər ABŞ-nin 2025-ci ilə sualtı qayıqlar üçün əsas sifarişi azaltdığını yazmışdı. Müdafiə Nazirliyi 2025-ci maliyyə ilində son illərdə hər il sifariş edilən iki nüvə sualtı qayığından yalnız bir “Virciniya” sinifli nüvə sualtı qayığı sifariş edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır