Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Qaz daşıyıcıları və balkerlər Panama kanalından yan keçirlər

Quraqlıq əsas beynəlxalq su yollarından birinin buraxılış qabiliyyətini azaltdıqdan sonra mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan daha çox gəmi və taxıl daşıyan balkerlər Panama kanalından yan keçməyə başlayıblar.

“Seanews.az” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ekspertlərə istinadən yazıb.

“Marine Traffic” konsaltinq şirkətinə görə, keçən ay yalnız 13 LNG daşıyıcısı kanalı keçib, bu, 2022-ci ilin iyul ayı ilə müqayisədə yarısı qədərdir. “uru yük gəmilərinin tranziti də 35% azalaraq 129-a düşüb. “SSY” gəmiçilik brokerliyi şirkətinin sözçüsü Roar Adlandın sözlərinə görə, kanal daha aşağı qiymətli malların daşınması üçün “keçmişdən daha az cəlbedici” olub.

Bundan əlavə, sahibkarlar ötən ilin iyulunda quraqlığın təsiri ilə bağlı problemlərdən sonra “əlavə xərclərlə” üzləşiblər.

Qlobal dəniz ticarətinin 5%-ni təşkil edən kanaldan quraqlıqdan əvvəl gündə 36-dan çox gəmi keçirdi, lakin yanvar ayında yağıntının olmaması üzündən bu rəqəm 20-yə düşdü.

Nəşr xatırladır ki, LNG treyderləri son vaxtlar Afrika ətrafında ABŞ-ın şərq sahilləri ilə Asiya arasındakı marşrutdan istifadə edirlər ki, bu, çox uzun olsa da, Panama kanalından daha etibarlıdır.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır