Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

ak Lim ikinci dəfə Beynəlxalq Dəniz Təşkilatının baş katibi seç

İMO Şurası 2020-ci ildən  növbəti dörd illik üçün ikinci dəfə İMO baş katibi vəzifəsini Kitak Limin icra etməsi barədə qərar qəbul verib. Amma Kitak Limin vəzifəsində qalması üçün 2019-cu ilin dekabrında İMO məclisi Şuranın bu qərarını təsdiqləməlidir.   “Seanews.az” xəbər verir ki, bu vəzifəyə Kitak Limdən başqa namizəd olmayıb. Ona İMO üzvü olan 40 ölkədən dəstək verilib. Kitak Lim Cənubi Koreyada doğulub. Koreya dənizçilik və okean universitetində dəniz elmləri ixtisasına yiyələnib. Lim bir müddət Koreya gəmilərində və beynəlxalq yük daşıma şirkətində çalışıb. 1985-ci ildə Koreya Dənizçilik və Liman İdarəsinin sıralarına qatılıb.  1990-cı ildə magistr dərəcəsi alaraq Yonsei Universitetinin İdarəetmə Məktəbində tədqiqatlara başlayıb. Daha sonra Dünya Dənizçilik Universitetində təhsilini davam etdirib. 1995-ci ildə Koreya Dəniz və Okean Universitetində beynəlxalq hüquq üzrə doktorluq proqramına qatılıb, 1998-ci ildə oranı bitirib.  1986-cı ildə Lim Cənubi Koreya nümayəndə heyətinin bir hissəsi olaraq IMO-nun toplantılarına qatılıb.   2001-ci ildə İMO-nun Bayraq Dövləti İcra Alt Komitəsinin prezidenti, 2004-cü ildə isə Liman Dövlət Nəzarəti üzrə Tokio Memorandumunun sədri seçilib. 2006-cı ildə Lim Torpaq, Nəqliyyat və Dənizçilik Nazirliyinin Dəniz Təhlükəsizliyi Bürosunun müdiri, sonra isə Koreya Respublikasının Londondakı Səfirliyində Böyük Dəniz Attaşesi vəzifəsinə təyin olunub.  2011-ci ilin martında Lim Koreya Dəniz Təhlükəsizliyi Məhkəməsinin Komissarı seçilib. 2012-ci ilin iyul ayında Busan Liman Nazirliyinin vəzifəsini icra edib. 2015-ci ildə MO-nun baş katibi vəzifəsinə  seçilib.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır