Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Finlər ABŞ-yə liman kranları tədarük etmək istəyirlər

Finlandiyanın “Konecranes” maşınqayırma şirkəti bu bazarda Çin istehsalçılarının inhisarını zəiflətmək üçün ABŞ-a liman kranları tədarük etmək niyyətində olduğunu açıqlayıb və artıq ABŞ-da liman kran avadanlığının tam çeşidini istehsal etmək üçün tərəfdaşlar şəbəkəsi yaradır.

“Seanews.az” bu barədə “Maritime Executive” istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin fevralında ABŞ prezidenti limanlarda kibertəhlükəsizliklə bağlı fərman imzalayıb. Sənəddə avadanlığın casusluq qurğuları ilə təchiz edilə bilməsi narahatlığına görə Çin istehsalı olan liman kranlarının yapon kranları ilə əvəzlənməsi nəzərdə tutulur. Amerika limanlarında istismar edilən kranların təxminən 80%-i Çində istehsalıdır və Çin proqram təminatı ilə təchiz olunub.

“Konecranes” öz növbəsində qeyd edir ki, şirkətin ABŞ-da 3 kran istehsalı zavodu var və burada təxminən 2,2 min nəfər çalışır. İstehsalçı ABŞ-dakı zavodlar şəbəkəsini genişləndirmək barədə düşünür. Hər bir kran üçün ABŞ-da istehsal olunan 1,5 min ton polad lazım gələcək. Kranların istehsalı və təhvil verilməsi bir neçə il çəkəcək

Amerika Liman Rəhbərlikləri Assosiasiyası iyulun əvvəlində limanların yaxın illərdə ən azı 61 STS kranı almaq planlarından xəbərdar olduğunu söyləyib.

Xatırladaq ki, ABŞ hökuməti ölkədə liman kranlarının istehsalını bərpa etməyi planlaşdıran “Mitsui” şirkətinin Amerika törəmə şirkəti “PACECO”-ya 20 milyard dollar ayırıb. İlk kranı 1958-ci ildə ABŞ-da istehsal edən şirkət 1980-ci illərin sonunda istehsalı dayandırmışdı. İndi “PACECO” kran istehsalını bərpa etmək üçün tərəfdaşlar və yer axtarır.

Hazırda Çinin kran istehsalçısı “ZMPC” qlobal bazarda 80% paya malikdir. Kranlar irihəcmli və ağır yüklər daşıyan gəmilərlə limanlara çatdırılır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır