Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Avance Gas Holding” böyük təbii qaz daşıyıcıları donanmasını 1,05 milyard dollara satır

“Avance Gas Holding” böyük təbii qaz daşıyıcıları (VLGC) donanmasını 1,05 milyard dollara “BW LPG”-yə satır.

“Seanews.az” xəbər verir ki, şirkətin açıqlamasında belə deyilir.

Razılaşmaya 2015-ci ildə tikilmiş səkkiz ekoloji təmiz gəmi və 2022 və 2023-cü illərdə tikilmiş dörd iki yanacaqlı VLGC daxildir. Gəmilərin alıcıya çatdırılması vaxtı 2024-cü il sentyabrın 15-dən dekabrın 31-dək nəzərdə tutulub.

Qaz daşıyıcılarının satış qiymətinin bir hissəsi “BW LPG”-nin 19,28 milyon səhmi ilə ödəniləcək, hər bir səhm 17,25 ABŞ dolları (ümumilikdə 333 milyon ABŞ dolları) dəyərindədir. Beləliklə, əməliyyat nəticəsində “Avance Gas” təxminən 12,77% payla “BW LPG”-nin ikinci ən böyük səhmdarı olacaq.

“Avance Gas” artıq 2024-cü ilin birinci yarısında digər alıcılara dörd VLGC satıb və 121 milyon dollar mənfəət əldə edib. Şirkət bütün VLGC donanmasının satışından əldə edəcəyi gəlirin 2024-cü ilin sonuna qədər təxminən 435 milyon dollar olacağını gözləyir.

Cari sövdələşmədən sonra “Avance Gas” hazırda tikilməkdə olan dörd orta ölçülü qaz daşıyıcısının (MGC) sahibi kimi qalacaq. Onların şirkətə 2025-2026-cı illərdə təhvil verilməsi nəzərdə tutulub.

“Avance Gas” qlobal mayeləşdirilmiş neft qazının (LPG) nəqli bazarında fəaliyyət göstərir. Şirkət tikilməkdə olan dörd iki yanacaqlı MGC də daxil olmaqla dünyanın çox böyük LPG daşıyıcılarının (VLGC) sahiblərindən və aparıcı operatorlarından biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır