Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Indian Swan Energy” üzən LNG terminalını Türkiyə şirkətinə 399 milyon dollara satacaq

Hindistanın “Swan Energy” şirkəti üzən mayeləşdirilmiş təbii qaz (LNG) terminalındakı payını Türkiyənin dövlətə məxsus “Botaş” şirkətinə 399 milyon dollara satmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, həcmi 180 min kubmetr və illik gücü 5 milyon ton olan “Vasant 1” (FSRU) üzən anbar qurğusu “Triumph Offshore” törəmə müəssisəsinə məxsusdur. “Swan” 51% paya sahibdir, qalan hissələrə isə gübrə istehsalçısı “IFFCO” nəzarət edir. “IFFCO”-nun öz payını satıb-satmadığı barədə məlumat verilmir.

“Triumph Offshore” şirkəti üzən anbarı 2020-ci ilin sentyabrında “Hyundai Heavy Industries Shipyard”-dan alıb, “Botas” isə gəmini 2023-cü ilin yanvarında icarəyə götürüb.

Altı aya başa çatdırılması ehtimal edilən sövdələşmə səhmdarlar və tənzimləyici orqanlar tərəfindən təsdiqlənməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır