Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Almaniyanın ən qədim gəmiqayırma şirkəti bağlana bilər

1795-ci ildə Almaniyada əsası qoyulan “Meyer Werft” gəmiqayırma zavodunun müflis olmaq ehtimalı var.

“Seanews.az” xəbər verir ki,  2027-ci ilin sonuna qədər zavodun sahibləri yeni gəmilərin tikintisini maliyyələşdirmək üçün 2,7 milyard avrodan çox vəsait toplamalıdırlar.

Şirkətin maliyyə çətinliklərinin bir səbəbi, bəzi kruiz gəmilərinin tikintisi müqavilələrinin koronavirus pandemiyasından əvvəl imzalanması və müqavilənin şərtlərinin artan enerji və xammal qiymətləri ilə bağlı düzəlişlərə imkan verməməsidir.

Bundan əlavə, laynerlərin tikintisinin dəyərinin 80%-i adətən yalnız gəmi təhvil verildikdən sonra ödənilir. Gəmiqayırma zavodunun bağlanmasının qarşısını almaq üçün “Meyer Werft”-ə xarici investorlar lazımdır ki, o da yoxdur.

Bu halda gəmiqayırma zavodunu yalnız Almaniya federal hökuməti xilas edə bilər. Qeyd olunur ki, “Meyer Werft”-in müflisləşməsi fəlakətli nəticələrə gətirib çıxaracaq. Təkcə Papenburq gəmiqayırma zavodunda təxminən 3,3 min nəfər çalışır, daha 10 min işçi “Meyer Werft” tədarükçüləri tərəfindən təmin edilir.

Vəziyyəti bir də o fakt daha da gərginləşdirir ki, böhrandan çıxış yolu mümkün qədər tez - sentyabrın 15-dək tapılmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır