Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“AD Ports Group” Tbilisi quru limanının alınmasını başa çatdırıb

“AD Ports Group” Tbilisinin quru limanının alınması üzrə əməliyyatın başa çatdığını elan edib.

“Seanews.az” xəbər verir ki, BƏƏ-nin liman və logistika operatoru layihənin təşəbbüskarı “Inveco” ilə razılaşmanın şərtlərinə əsasən, Gürcüstanın paytaxtında yerləşən “Tbilisi Quru Limanı” logistika kompleksinin 60%-ni alıb.

Logistika kompleksinin 2 aya, oktyabrda istifadəyə verilməsi nəzərdə tutulur. O, müvafiq olaraq 335 km və 380 km məsafədə yerləşən Poti və Batumi limanları ilə birbaşa dəmir yolu əlaqəsinə malik olacaq.

“AD Ports”-un məlumatına görə, tikinti tam başa çatdıqdan sonra kompleks daxilində konteyner terminalının gücü 300 min TEU-ya çata bilər.

Tbilisi quru limanı Çini Avropa ilə birləşdirən Transxəzər dəhlizində logistika mərkəzinə çevrilmək niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır