Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Gürcüstan və Bolqarıstan arasında dəmir yolu bərə xidmətinin bərpası haqqında saziş imzalanıb

Gürcüstan və Bolqarıstan arasında dəmir yolu bərə xidmətinin bərpası haqqında saziş imzalanıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolu” QSC-nin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, bərə xidmətinin bərpası üçün hazırlıq işləri 2024-cü ilin əvvəlindən aparılır.

“Gürcüstan Dəmir Yolu” SC-nin rəhbərliyi Sofiya şəhərində (Bolqarıstan) Gürcüstanın “E60 Shipping Line” gəmiçilik şirkəti və Bolqarıstan Dəmir Yolları təmsilçiləri ilə görüş keçirib. Tərəflər iki il əvvəl dayandırılmış normal dəmir yolu bərə xidmətinin bərpası üçün əməkdaşlıq şərtləri barədə razılığa gəliblər. Gürcüstan limanları ilə Bolqarıstanın Varna limanı arasında səfərləri Gürcüstan bayrağı altında “AIA” dəmiryol bərəsi həyata keçirəcək.

“Qeyd etmək lazımdır ki, Gürcüstan və Bolqarıstan limanları arasında dəmir yolu bərə xidməti Qara dəniz üzərindən Avropa ilə birbaşa nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq”, - məlumatda deyilir. Gözlənilir ki, daşımaların bərpası bu limanlara əlavə yük axınları cəlb edəcək və bu da öz növbəsində “Orta dəhliz”in səmərəliliyini artıracaq.

Maraqlıdır ki, bu ilin iyulunda Gürcüstan Dəmir Yolu və Bolqarıstan Dəmir Yolları nümayəndələri “PNA LTD” gəmiçilik şirkəti ilə oxşar müqavilə imzalayıblar.

“AIA” gəmisi 1995-ci ildə tikilib və 2024-cü ildə “E60 Shipping Line” gəmiçilik şirkəti tərəfindən alınmış və təmir edilmişdir. Heyəti Gürcüstan vətəndaşlarından ibarət bərə Gürcüstan bayrağı altında ilə də istismar edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır