Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

2024-cü ilin birinci yarısında Hamburq limanının konteyner dövriyyəsi 3,8 milyon TEU təşkil edib

2024-cü ilin yanvar-iyun aylarında Almaniyanın Hamburq limanında   konteynerlərin aşırılması ötən ilin birinci yarısı ilə müqayisədə demək olar ki, dəyişməz qalıb (-0,3%) və 3,8 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, hesabat dövründə limanda 55,9 milyon ton yük işlənib. Konteyner gəmilərinin limana yan almalarının sayında isə cüzi – təxminən 1% artım qeydə olunub.

Liman rəhbərliyinin hesabatında qeyd olunur ki, toplu yük seqmentində həcmlərin azalmasına kömürün aşırılmasındakı azalma təsir edib.

“Biz ənənəvi yanacaqlardan alternativ enerji mənbələrinə keçidin artdığını görürük. Bu, xüsusilə son altı ayda kömür aşırılmasının 11,8% azalması ilə nəzərə çarpır”, - deyə Hamburq limanının marketinq üzrə baş direktoru Axsel Mattern aydınlıq gətirib.

Bu azalma limanda daşınan toplu yüklərin ümumi həcminə də təsir edib:  göstərici ötən illə müqayisədə 12,1% azalaraq 16,7 milyon tona düşüb.

Hamburq limanının ən böyük tərəfdaşları arasında Çin lider mövqeyini qoruyub: konteyner yüklərinin həcmi 1,1 milyon TEU (-2,2%) təşkil edib. ABŞ ikinci yerdədir (341 min TEU; + 9%).

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır