Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

veç gəmi şirkəti ölü balıqlardan yanacaq kimi istifadə edə

Norveçə məxsus dəniz nəqliyyatı şirkəti “Hurtigruten” ölü balıqdan yanacaq kimi istifadə edəcək. Bu barədə şirkətin icraçı direktoru Daniel Skjeldam məlumat verib.  “Seanews.az” xəbər verir ki, bununla “Hurtigruten” balıq qalıqlarından  yanacaq kimi istifadə edən ilk kruiz  şirkəti olaraq tarixə düşəcək. Şirkət ölü balıqlarla yanaşı, digər təbii tullantıların da yanacaq kimi qiymətləndiriləcəyini açıqlayıb.  “Hurtigruten” birinci mərhələdə ölü balıq, maye təbii qaz və batareyanın köməkliyi ilə işləyən altı gəmi istismara verəcək. Növbəti dövrlərdə onların sayı artırılacaq.   Layihənin 2021-ci ildə həyata keçirilməsi planlaşdırılır.  Norveç dünya bazarına böyük həcmdə balıq və balıq məhsulları çıxara dövlətlər sırasındadır. Balıqçılıq sənayesi neft-qaz sənayesi ilə bərabər ölkə büdcəsinin formalaşdırılmasında əsas rol oynayır.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır