Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“COSCO Shipping” öz donanmasını çoxməqsədli gəmilərlə genişləndirib

“COSCO Shipping Specialized Carriers” (Çinin “COSCO Shipping” qrupunun bölməsi) öz donanmasını sellülozun daşınması üçün nəzərdə tutulmuş üç çoxməqsədli gəmi ilə genişləndirib.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkət sosial şəbəkələrdə məlumat yayıb.

“COSCO SHIPPING Ji Xiang” və “COSCO SHIPPING Ru Yi” gəmilərinin dedveyti 62.000 ton, uzunluğu 201,8 metr, eni 32,26 metr, yükgötürmə qabiliyyəti 72 min kubmetrdir.

Bundan əlavə, Dalyanda dedveyti 77.000 olan “Green Munguba” gəmisinin təhvil verilməsi mərasimi keçirilib.

Şirkətdə bu gəmini dünyada sellüloz daşınması üçün nəzərdə tutulmuş ən böyük gəmi hesab edirlər.

“Green Munguba”-nın uzunluğu 225 metr, eni 32,26 metr, tam yüklə suya oturumu 14,5 metr, yükgötürmə qabiliyyəti 88,6 min kubmetrdir.

Gəmi ilk səfərini Çin - Cənubi Amerika marşrutu üzrə həyata keçirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır