Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

rkiyə Aralıq dənizinin Adana sahillərində də neft-qaz axtar

Türkiyə Aralıq dənizinin Adana sahillərində də neft-qaz axtaracaq. “Rowan Norway” gəmisi hazırda Aralıq dənizinin dayazsulu hissəsində, Mersin sahillərində kəşfiyyat qazma işlərini həyata keçirir. Gəmi ilk quyunu Mersindən təxminən 19 dəniz mili cənub-şərqdə yerləşən “Kuzey Erdemli-1” bölgəsində, 2100 metr dərinlikdə qazır. Gələn il yanvarın sonlarında isə “Rowan Norway” Adananın Karataş bölgəsindən 9 dəniz mili uzaqlıqda qazma işlərinə başlayacaq. Neft-qaz axtarışı 4100 metr dərinlikdə aparılacaq. “Rowan Norway”in buradakı qazma işləri təqribən 4 ay davam edəcək. Qeyd edək ki, Türkiyə oktyabrın 30-da “Fatih” gəmisi ilə Aralıq dənizində qazma işlərinə başlayıb. Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işləri Antalya sahilində həyata keçirilir. “Alanya-1” adlı kəşfiyyat quyusunu qazacaq gəmidə 200-dən çox yerli və xarici mütəxəssis çalışır. “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti ABŞ-ın “Schlumberger” şirkəti ilə Aralıq dənizində qazma işləri üçün 15 milyon dollarlıq müqavilə imzalayıb. Ötən ayın ortalarında isə “Rowan Norway” gəmisi ilə Mersin sahillərində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb. TPAO şirkəti cari ilin sentyabrında ABŞ-ın “Rowan Companies” şirkəti ilə Aralıq dənizində 2 neft-qaz kəşfiyyat quyusunun qazılması üçün müqavilə imzalayıb. Yerli istehsal olan “Fatih” qazma gəmisi isə bu ilin mayında istifadəyə verilib. Uzunluğu 229 metr olan gəmi suyun 12 min 200 metr dərinliyə qədər hissəsində qazma əməliyyatları aparmaq imkanına malikdir. Türkiyə Qara dənizdə də neft və təbii qaz axtarmaq niyyətindədir. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır