Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Anakliya limanının dəniz infrastrukturu Belçikanın “Jan De Nul” şirkəti tərəfindən inşa ediləcək

Tbilisidə Gürcüstanın qərbində yerləşən Anakliya şəhərində dərin su limanının dəniz infrastrukturunun tikintisinə dair dünyanın ən böyük dəniz tikinti şirkətlərindən biri olan Belçikanın “Jan De Nul” şirkəti ilə müqavilə imzalanıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, Belçika şirkəti Panama kanalının genişləndirilməsi layihəsində fəal iştirak edib və dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Fars körfəzi, Afrika, Asiya və digər ölkələrdə layihələr həyata keçirir.

Müqaviləyə əsasən, Belçika şirkəti Anakliyada liman akvatoriyasının dərinləşdirilməsi və dalğaqıran tikintisi işləri görməlidir. İmzalanma mərasimi İqtisadiyyat Nazirliyində baş tutub. Sənədi “Anaklia Sea Port” dövlət şirkətinin direktoru Zurab Siçinava və “Jan De Nul NV”-nin Gürcüstan filialının direktoru Tim Devolder imzalayıblar.

İlk gəmilərin 2029-cu ildə Anakliya dərin su limanında qəbul edilməsi planlaşdırılır. Layihənin birinci mərhələsi başa çatdıqdan sonra Anakliya limanı ildə 600 min konteyner qəbul edə biləcək.

Layihənin smeta dəyəri 600 milyon ABŞ dollarıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır