Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çinin gəmiqayırma sənayesinin iki nəhəngi birləşir

Çinin gəmiqayırma sənayesinin iki aparıcı şirkəti - Çin Dövlət Gəmiqayırma Korporasiyası (“CSSC”) və Çin Gəmiqayırma Sənayesi Korporasiyası (“CSIC”) birləşir. Birləşmənin “A-səhm bazarı”nda son on ildə ən böyük olacağı gözlənilir.

“Seanews.az” xəbər verir ki, bu barədə “Xinde Marine News” məlumat yayıb.

“CSSC” və “CSIC” əsas dövlət gəmiqayırma müəssisəsi olan Çin Dövlət Gəmiqayırma Korporasiyasının törəmə şirkətləridir. Çin qanunlarına əsasən aktivlərin yenidən qurulması kimi təsnif edilən sövdələşmə hər iki şirkətin son nəzarətini dəyişməyəcək. Bununla belə, birləşmə əməliyyat səmərəliyini artıracaq və şirkətlərin gəmiqayırma və gəmi avadanlıqları istehsalında güclü tərəflərini birləşdirəcək.

Nəşr qeyd edir ki, bu birləşmənin vaxtı hər iki şirkət üçün davamlı inkişaf dövrünə təsadüf edir. Belə ki, birinci yarımildə  “CSSC”-nin gəliri 18%, xalis mənfəəti 155,3%, “CSIC”-in gəliri 315%, xalis mənfəəti 177,13% artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır