Maersk” karbon dioksid emissiyalarını sıfırlayacağını açıqla
Dünyanın ən böyük konteyner operatoru Danimarkanın “AP Moller-Maersk”şirkəti 2050-ci ildə karbon dioksid emissiyalarını sıfıra endirəcək. Bu barədə şirkətdən bildirilib. “Maersk” rəsmiləri açıqlamalarında 2030-cu ilədək sıfır emissiyalı mühərriklər və hərəkət sistemləri hazırlamağı nəzərdə tutduqlarını qeyd ediblər. “Biz fosil yanacağın istifadəsinə son qoymalıyıq. Gəmilərimiz üçün fərqli bir növ yanacaq və ya mühərrik sistemi tapmalıyıq. Bu, bir şirkət olaraq fərqlənməyimiz üçün çox mühümdür” -deyə, Maersk şirkətinin icraçı direktoru Soren Toft Financial Times-a bildirib. Qeyd edək ki, dənizçilik sektoru qlobal emissiyaların təxminən 3%-dən məsuldur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır