Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Anakliya limanı 2029-cu ilə qədər ilk gəmiləri qəbul edəcək

Anakliya limanı 2029-cu ilə qədər ilk gəmiləri qəbul edəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, Baş nazir İrakli Kobaxidze seçkiqabağı proqramın təqdimatında bildirib.

Baş nazir qeyd edib ki, Anakliya layihəsinin yalnız birinci mərhələsində 600 milyon dollar sərmayə qoyulacaq.

“Bu layihənin birinci mərhələsi 2029-cu ildə başa çatacaq. Anakliya limanı 2029-cu ilə qədər ilk gəmiləri qəbul edəcək. Bu limanın illik buraxılış qabiliyyəti 600 min konteyner təşkil edəcək və yalnız birinci mərhələdə 600 milyon dollar sərmayə qoyulacaq. Bu, şübhəsiz ki, iqtisadi inkişaf üçün ən vacib layihədir”, - İ.Kobaxidze deyib.

Onun sözlərinə görə, işlər artıq başlayıb, Çin-Sinqapur konsorsiumu ilə müqavilə imzalanıb və Belçika şirkəti limanın dərinləşdirilməsi işlərinə birbaşa başlayacaq.

"Dəmir yolu modernləşdirmə layihəsi yaxın vaxtlarda başa çatacaq ki, bu da nəqliyyat əlaqələrinin inkişafı üçün vacibdir. Yükdaşıma qabiliyyəti 27 milyon tondan 48 milyon tona qədər artırılacaq. Bu layihə də tranzit funksiyamızın inkişafı üçün əsas əhəmiyyət kəsb edir”, - İ.Kobaxidze vurğulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır