Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

İordaniya “APM Terminals” ilə müqaviləsini 15 il uzadıb

İordaniya Əkəbədəki “Aqaba Container Terminal” (“ACT”) konsessiyasına dair “APM Terminals” ilə müqaviləsini 15 il müddətinə - 2046-cı ilə qədər uzadıb.

“Seanews.az” xəbər verir ki, Liman operatorunun məlumatında belə deyilir.

“APM Terminals” Əkəbədə 2006-cı ildən fəaliyyət göstərir və İordaniyanın əsas tranzit logistika mərkəzi olan “Aqaba Development Corporation” (“ADC”) ilə əməkdaşlıqla “ACT”ı idarə edir.

2023-cü ildə terminal 898 min TEU (+5,4%) konteyner dövriyyəsi ilə rekorda imza atıb.

“APM Terminals”  2040-cı ilə qədər terminal əməliyyatlarından sıfır emissiyaya nail olmaq üçün təxminən 242 milyon dollar sərmayə qoymağa hazırlaşır. Buna günəş panellərindən gələn elektrik enerjisindən istifadə etməklə nail olmaq planlaşdırılır. Bundan əlavə, şirkət tərəfdaşlığın genişləndirilməsi çərçivəsində iordaniyalı kadrların iqtisadiyyatın müxtəlif sahələrində işləmək üçün hazırlanması proqramına 500 min dollar sərmayə qoymağı öhdəsinə götürür.

İri liman və terminal operatoru olan “APM Terminals” “A.P. Moller-Maersk” qrupuna daxildir və dəniz limanları və terminalların, eləcə də quru terminalların layihələndirilməsi, tikintisi, idarə edilməsi və istismarı üzrə ixtisaslaşmışdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır