Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-18,
Seanews
Heyder Eliyev

Hindistan Hərbi Dəniz Qüvvələri ikinci böyük tədqiqat gəmisini qəbul edib

Hindistanın “Garden Reach Shipbuilders & Engineers” (“GRSE”) gəmiqayırma zavodu “INS Nirdeshak” tədqiqat gəmisini Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verib.

Bu barədə “Seanews.az” Hindistan mediasına istinadən xəbər.

Gəmi “GRSE” tərəfindən tikilən dörd oxşar gəmi seriyasından ikincisidir. İlk belə gəmi 10 ay əvvəl, 2023-cü ilin dekabrında Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Bu sinfə aid gəmilər dəniz sərhədləri üzərində tədqiqat apara və müdafiə məqsədləri üçün okeanoqrafik və coğrafi məlumatlar toplaya bilər ki, bu da Hindistan Hərbi Dəniz Qüvvələrinin gücünü artırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır