Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“COSCO Shipping”-in mənfəəti 7,7 milyard dollardır

“COSCO Shipping Holdings” qrupunun 2024-cü ilin yanvar-sentyabr ayları üçün xalis mənfəəti  ötən ilin eyni dövrü ilə müqayisədə 66,67% artaraq təxminən 6,1 milyard dollara (43,34 milyard yuan) çatacaq. Faizlər və vergilərdən əvvəl mənfəət (EBIT) əvvəlki illə müqayisədə 63,7% artaraq 7,7 milyard dollara (54,4 milyard yuana) çata bilər.

“Seanews.az” xəbər verir ki, “COSCO Shipping” şirkətinin direktorlar şurasının qrupun səhmdarlarına təqdim etdiyi ilkin hesabatda belə deyilir.

Üçüncü rüb üçün “COSCO Shipping Holdings”-in faiz və vergilərdən əvvəl qazancının (EBIT) 2023-cü ilin eyni dövründən (1,2 milyard dollar) 3,5 dəfə artaraq 4,2 milyard dollar olacağı gözlənilir. Hesabat dövründə 3,8 dəfə artan xalis mənfəət 3,4 milyard dollara yaxın olacaq.

Açıqlamada vurğulanır ki, “COSCO Shipping” hesabat dövrü üzrə əməliyyat fəaliyyətinə yekun vurmağı hələ başa çatdırmayıb və hesablamalar ilkindir.

Şura həmçinin 2024-cü ilin üç rübü ərzində əsas qlobal bazarlarda yük dövriyyəsinin cüzi artımını və Qırmızı dənizdəki vəziyyətin bütün təchizat zəncirinə davamlı təsirini qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır