Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Sinqapur şirkəti Qara dənizə axıtdığı mazuta görə ödəniş edəcək

Sinqapurun “Wealth Holdings Shipping” şirkəti dəniz akvatoriyasını çirkləndirdiyinə görə 138 milyon rubl təzminat ödəməlidir.

"Seanews.az" xəbər verir ki, bu barədə qərar Rusiyanın Təbiətə Nəzarət Federal Xidmətinin iddiasına əsasən qəbul edilib.

Bu ilin fevralında Rusiyanın Novorosiysk limanında “Hai Jin Jiang” gəmisindən 35 ton mazut Qara dənizə axıdılıb. İlkin araşdırmalara görə, ziyan 453,3 milyon rubl qiymətləndirilsə də, dəqiq hesablamalardan sonra məbləğ aşağı salınıb.

Cavabdeh tərəf günahını etiraf etdiyi üçün təzminat barədə qərardan da şikayət verməyəcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır