

Korsakov limanında gəmi batıb
Rusiyanın Korsakov limanında çınqıl və qum daşıyan “Qriqori Lovtsov” yük gəmisi batıb.
"Seanews.az" xəbər verir ki, hadisə zamanı gəmidə yeddi heyət üzvü olub. Onlardan ikisi ölüb, üçü xilas edilib. Digərlərinin axtarışları aparılır.
İlkin ehtimala əsasən, qəza həddindən artıq yüklənmə səbəbindən baş verib.
Faktla bağlı cinayət işi başlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır