







Corciya ştatında yanalma körpüsü çöküb, ölənlər var
ABŞ-nin Corciya ştatının Sapelo adasında yanalma körpüsünün bir hissəsinin çökməsi nəticəsində azı yeddi nəfər həlak olub.
"Seanews.az" xəbər verir ki, hadisə şənbə günü baş verib.
Hadisə nəticəsində 20 nəfərin suya düşdüyü bildirilir.
ABŞ Sahil Mühafizəsi, Mak-İntoş Dairəsi Yanğınsöndürmə İdarəsi, Corciya Təbii Sərvətlər Departamenti və digər qurumların briqadaları hələ də axtarış aparırlar.
Olayın hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır