Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

MSC Brazilyanın “Wilson Sons” şirkətinin böyük hissəsini alır

Mediterranean Shipping Company  (MSC) Brazilyanın liman və dəniz logistika operatoru “Wilson Sons”un 56 faizlik hissəsini alır.

“Seanews.az” xəbər verir ki, bununla əlaqədar anlaşma imzalanıb.

“Ocean Wilsons Holdings” “Wilson Sons”dakı 56 hissəsini 768 milyon dolar qarşılığında MSC-yə satdığını təsdiqləyib.

Anlaşmanın şərtlərinə əsasən, MSC  “Wilson Sons”un qalan hissəsini də alacaq.

Qeyd edək ki, “Wilson Sons” Rio Grande, Rio Grande do Suldakı Tecon Rio Grande konteyner terminalını, Salvador/Bahiadakı Tecon Salvador konteyner terminalını və Latın Amerikasındakı ən böyük yedək donanmasından birini işlədir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır