Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Çinin ən böyük dənizçilik şirkəti Taylandın ən böyük limanına investisiya yatırıb

Çinin “COSCO Shipping Ports” şirkəti Taylandın ən böyük limanı sayılan “Laem Chabang”a investisiya yatırıb.

“Seanews.az” xəbər verir ki, bu barədə tərəflər arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “COSCO Shipping Ports” limandakı “Thai Laemchabang” terminalının 12,5%-lik, “Hutchison Laemchabang” terminalının isə 30%-lik hissəsini alıb. Bunun üçün “COSCO Shipping Ports” ümumilikdə 110 milyon dollar ödəyib.

“COSCO Shipping Ports” bildirib ki, bu satınalma Çin və Tayland arasındakı ticarət və iqtisadi əlaqələrin daha da inkişafında təkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır