Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Aktau limanında birinci konteyner qovşağının buraxılış kompleksinin tikintisinin gələn il başa çatdırılması planlaşdırılır

Aktau limanında 2024-cü ildə başlanan birinci konteyner qovşağının buraxılış kompleksinin tikintisinin gələn il başa çatdırılması planlaşdırılır.

Bu barədə “Seanews.az” Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. 

Qazaxıstanın dəniz infrastrukturunun inkişafı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (“Orta Dəhliz”) potensialının daha da artırılmasının cari məsələlərinə həsr olunmuş iclasında Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayev bildirib ki, Aktau limanında yükaşırma texnikası mərhələli şəkildə yenilənir; bu il 64 ton yük qaldıran portal kranı alınıb. Nazir Aktau limanının akvatoriyasının dibinin təmizlənməsi üçün layihə sənədlərinin işlənib hazırlanmasının sürətləndirilməsini və akvatoriya ilə birlikdə liman obyektlərinin inkişafı üçün torpaq sahələrinin ayrılmasını tapşırıb.

Həmçinin Kurık limanının infrastrukturunun modernləşdirilməsi üzrə işlərin gücləndirilməsi və ilin sonunadək limanda dibdərinləşdirmə işlərinin başa çatdırılmasının təmin edilməsi ilə bağlı tapşırıqlar verilib.

Ticarət donanmasının inkişafı üçün Qazaxıstanda gəmiqayırma müəssisələrinin yaradılması planları müzakirə edilib. Ortamüddətli perspektivdə ölkənin ticarət donanması 7 yeni gəmi ilə gücləndiriləcək.

Qeyd olunur ki, son iki ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 2 dəfədən çox artıb. Xüsusilə, Çin konteynerlərinin tranziti sürətlə artır. Bu ilin 9 ayı ərzində təqribən 23,5 min TEU daşınıb ki, bu da bütün ötən ilin həcmindən 20 dəfə çoxdur. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə ayda təxminən 40 konteyner qatarı yola düşür. Bu, dəmir yollarının, dəniz limanlarının və ticarət donanmasının əlaqələndirilmiş işi sayəsində mümkün olub. Gələcəkdə konteyner daşımalarının həcmi ildə 3000 konteyner qatarına çatdırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır