Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Buşəhr limanında yük dövriyyəsi artıb

Cari İran təqvim ilinin birinci yarısında (martın 20-dən sentyabrın 21-dək) ​​İranın cənub-qərbindəki Buşəhr limanında yük aşırılması ötən ilin birinci yarısı ilə müqayisədə 69% artıb.

“Seanews.az”  xəbər verir ki, bu barədə Buşəhr əyalətinin Limanlar və Dəniz Gəmiçiliyi Departamentinin rəhbəri Məhəmməd Şakibi-Nəsab bildirib.

Onun sözlərinə görə, son 6 ayda limanda gəmilərə 3 milyon 372 min ton yük vurulub və boşaldılıb. Bunun 1,779 milyon tonu neft məhsulları, 1,593 milyon tonu digər yüklər olub.

İranın Nəqliyyat və Şəhərsalma Nazirliyinin açıqladığı son məlumatlara əsasən, bu ilin ilk altı ayında ölkə limanlarında yüklərin vurulması və boşaldılması ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır