Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Anakliya limanı yükdaşıyanların tələblərini ödəmək üçün zəruri dərinliyə malik olacaq

Gürcüstanda inşasına 600 milyon dollar sərmayə qoyulmuş dərin su limanı ilk gəmiləri 2029-cu ildə qəbul edə biləcək.

“Seanews.az” xəbər verir ki, politoloq və beynəlxalq məsələlər üzrə ekspert Vaso Kapanadze “Vestnik Kavkaza”nın müxbiri ilə söhbətində Anakliya limanının işə salınmasının Gürcüstan iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb.

“Bu layihənin həyata keçirilməsi uzun müddətdir ki, gündəmdədir və bir neçə şirkətin burada iştirak etməsi limanın nəhayət tikiləcəyinə ümid etməyə imkan verir”, - deyə o, ilk növbədə bildirib.

“Anakliya dərin su limanı həm Gürcüstan iqtisadiyyatının inkişafı, həm də ticarət dövriyyəsinin artırılması imkanları baxımından Gürcüstanın dəniz ölkəsi kimi gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Həm “Şimal-Cənub” istiqamətində, həm də “Şərq-Qərb” istiqamətində – Rusiyadan Türkiyəyə və əks istiqamətdə, Çindən və Mərkəzi Asiyadan Avropaya və əksinə axınlar gürcüstandan keçir.  Buna görə, dəniz limanımız yükdaşıyanların tələblərini ödəmək üçün zəruri dərinliyə malik olmalıdır”,- deyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır