Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

“CMA CGM Group” və “Marsa Maroc” Mərakeşdə konteyner terminalına 280 milyon dollar sərmayə qoyurlar

Nəqliyyat və logistika qrupu “CMA CGM” və Mərakeş terminalının operatoru “Marsa Maroc” Mərakeşdəki “Nador West Med” (“NWM”)  konteyner terminalının inkişafına 280 milyon dollar sərmayə qoyurlar. Bu vəsait  terminalın illik konteyner dövriyyəsini 1,2 milyon TEU-ya çatdırmağa imkan verəcək.  

“Seanews.az” xəbər verir ki, qrupun mətbuat xidmətinin məlumatında belə deyilir.

“CMA CGM” və “Marsa Maroc” 29 oktyabr 2024-cü ildə birgə müəssisə yaratmaq üçün müqavilə imzalayıblar (“CMA CGM” - 49%, “Marsa Maroc” - 51%). Tərəfdaşlar 25 il müddətinə subkonsessiya əsasında “NWM” ərazisinin 50%-ni idarə edəcəklər. Avadanlıq və istismar üçün yanalma körpüsünün 750 metr uzunluğunda hissəsini və 35 hektar ərazini alıblar.

Terminal suya oturumu 18 metr olan nəhəng konteyner gəmilərini qəbul edə biləcək. Yanalma körpüsündə yenidən yükaşırma kranlarının sayı hazırkı 6 ədəddən 8 ədədə, elektrik mühərrikli pnevmatik təkərli portal kranların sayı isə 15 ədəddən 24 ədədə çatdırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır