Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Yaponiyanın “MOL” gəmiçilik şirkəti dörd buzqıran qaz daşıyıcısı üçün taym-çarter müqaviləsindən imtina edəcək

Yaponiyanın gəmiçilik şirkəti “Mitsui O.S.K. Lines” (“MOL”) Rusiya Federasiyası ilə bağlı olan biznesini dayandırdığını bildirib.

Bu barədə “Seanews.az” şirkətin press-relizinə istinadən məlumat verir.

Prez-relizdə deyilir ki, bu qərar ABŞ və Avropanın sanksiyalarının sərtləşdirilməsi ilə əlaqədar verilib. Onlara görə, şirkət mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan üç buzqıran tanker və qaz kondensatı daşınyan bir tanker üçün taym-çarter müqavilələrindən imtina etmək məcburiyyətində qalıb. Bu müqavilə üzrə ümumi investisiya təxminən 105 milyard yen (təxminən 690 milyon dollar) təşkil edir. Hazırda müvafiq tərəflərlə danışıqlar aparılır.

“Əgər danışıqlarda çətinlik yaranarsa, biz bu taym-çarter sazişlərini həyata keçirə bilməyəcəyik. Bu müqavilələr ləğv edilərsə, biz bu gəmiləri üçüncü tərəflərə satmağa çalışacağıq. Bununla belə, buzqıran gəmilər olduğundan onların digər iş növlərində istifadə üçün çevrilməsinin mürəkkəbliyi səbəbindən, gözlədiyimiz qiyməti ala bilməmək riski ilə üzləşirik”, - deyə “MOL” qeyd edib.

Beynəlxalq xətti gəmiçilik şirkəti “Mitsui O.S.K. Lines” (“MOL”, Tokio) bütün dünyada həftəlik xətti və logistika xidmətlərinin ən böyük və ən çoxşaxəli şəbəkələrindən birini idarə edən 441 şirkətdən ibarət multimodal nəqliyyat qrupudur. Qrupun hazırkı donanmasına ümumi dedveyti 50 milyon tondan çox olan müxtəlif tipli 700-ə yaxın gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır