Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Çin 32 min ton tutumlu gəmiləri qəbul edə biləcək terminallar tikəcək

Çinin Dövlət Gəmiqayırma Korporasiyasının (“CSSC”) Şanxay Gəmi Tədqiqatları və Layihələndirilməsi İnstitutu mayeləşdirilmiş təbii qazla (LNG)  işləyə bilən 27500 TEU tutumlu iki yanacaqlı konteyner gəmisinin tikintisi üçün prinsipial razılıq alıb. Bu, hazırda mövcud olan ən böyük konteyner gəmisinin tutumundan 3 min TEU çoxdur.

“Seanews.az” xəbər verir ki, Çinin Ninbo-Çjouşan limanında, Liuheng liman rayonunun Fodu zonasında ildə 2 milyon TEU yükaşırma qabiliyyətinə malik konteyner terminalının tikintisi planlaşdırılır. Buraya 24 000 tonluq və gələcəkdə 32 000 tonluq gəmiləri qəbul edə biləcək iki yanalma körpüsünün inşası daxildir.

Terminalın tikintisinə 2025-ci ilin oktyabrında başlanması, layihənin 2027-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Hələlik dünyanın ən böyük konteyner gəmisinin sahibi titulu keçən il 24 346 TEU tutumlu konteyner gəmilərini təhvil alan “MSC”-yə məxsusdur.

Nəşr qeyd edir ki, son bir ildə daşıyıcılar sifariş zamanı tutumu 16 min TEU olan konteyner gəmilərinə daha çox üstünlük verirlər. Daha çevik olan bu gəmilər müxtəlif marşrutlarda fəaliyyət göstərə bilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır