Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

“HHLA” qrupu 2024-cü il üçün mənfəət proqnozunu 40 milyon avro artırıb

Almaniyanın “Hamburger Hafen und Logistik AG” (“HHLA”) şirkətlər qrupunun bütün bölmələri üçün 2024-cü ilin sonunda gözlənilən faiz və vergilərdən əvvəl ümumi mənfəət (EBIT) 125-145 milyon avro təşkil edə bilər. Əvvəllər bu rəqəmin 85-115 milyon avro olacağı ehtimal olunurdu. Proqnoz yenidən işlənib.

“Seanews.az” xəbər verir ki, bu barədə “HHLA” bildirib.

Xüsusilə, proqnoza daşımada yüksək artım və liman logistikası bölməsində üçüncü rübdə daha çox gəlir və mənfəət təsir göstərmişdir. Qrup “Port Logistics” alt qrupunun konteyner daşımalarında əhəmiyyətli artım gözləyir.

Əməliyyat mənfəəti ilə bağlı gözləntilər də yüksəldilib və 110-130 milyon avroya (əvvəllər - 70-100 milyon avro) çatdırılıb.

Bununla yanaşı, qrupun əsaslı məsrəflər üzrə proqnozu əvvəlki 400-450 milyon avrodan 325-375 milyon avroya endirilib. Buna səbəb investisiya layihələrinin həyata keçirilməsində, xüsusilə daşınmaz əmlak və intermodal logistika bölmələrində ləngimələr olub.

“HHLA” qeyd edir ki, "davam edən qeyri-sabitliyə görə, proqnoz da əhəmiyyətli qeyri-müəyyənliyə məruz qalır".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır