Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Xəzər dənizində suitilərin kütləvi tələfatı davam edir

Son günlər Qazaxıstanın Mangistau vilayətində Xəzər dənizinin sahilində xeyli sayda ölü suiti qeydə alınıb.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, sahildə daha 121 ölü suiti aşkar edilib.

Oktyabrın 24-dən 29-dək sahilboyu monitorinqlər zamanı 289 baş heyvanın öldüyü aşkar edilib. Bu bölgədə suitilərin ölüm halları əvvəllər də qeydə alınıb.

Dəniz canlılarının ölüm səbəbləri müvafiq laboratoriya araşdırmalarından sonra məlum olacaq.

Xəzər suitisi endemikdir və Xəzər dənizinin faunasında məməlilərin yeganə nümayəndəsidir. Onun əsas qidası balıqlardır. Mövsümi miqrasiyalar suitilər üçün spesifikdir: qışda dənizin şimal hissəsində cəmləşir, isti mövsümdə isə Xəzərin orta və cənub hissəsinə miqrasiya edirlər.

2024-cü ilin iyulunda Qazaxıstan hökuməti elmi araşdırmalar üçün 156 Xəzər suitisinin tutulmasına icazə verib. Onların məqsədi bu nadir və nəsli kəsilməkdə olan növün daha dərindən öyrənilməsi üçün heyvanların nişanlanmasıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır