Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-14,
Seanews
Heyder Eliyev

KİV: Türkiyədə göllər iqlim dəyişikliyinin təsiri altında sürətlə quruyur

Qlobal istiləşmə və həddindən artıq suvarma həcmləri Türkiyənin su ehtiyatlarına ciddi zərər vurur.

“TRT Haber” televiziya kanalı son 40-45 ildə Anadolu göllərinin kiçilməsinin həyəcanverici tendensiyasını əks etdirən peyk görüntülərini paylaşıb.

“Türkiyədə kiçik su hövzələri ya tamamilə quruyub, ya da ölçüləri sürətlə azalır. Bu, daha çox Anadoludakı Akşehir, Eber, Dunde, Suğra, Eğirdir, Beyşehir, Yağışlı, Karataş, Burdur, Acıgöl və Tuz-göl kimi göllərin nümunələrində nəzərə çarpır”, - deyə videoreportajda bildirilir.

Telekanal qeyd edir ki, ölkənin yeddinci böyük gölü olan Burdurda suyun səviyyəsi 1970-ci ildən bu günə qədər 20 metrdən çox aşağı düşüb. Eyni zamanda, yarım əsrdə bu su hövzəsinin sahəsi 47 faiz azalıb.

Afyonkarahisar və Denizli vilayətləri sərhədindəki Acıgöl gölündə suyun səviyyəsi 40 ildə yarıya düşüb. Bununla yanaşı, ekoloqlar bu su hövzəsinin tezliklə quruyacağı ehtimalını da istisna etmirlər.

Afyonkarahisarda Eber gölünün dərinliyi 24 metrdən 1 (!) metrə qədər enib, Anadolunun ən böyük şirin su gölü Beyşezirdə isə suyun səviyyəsi 21 metrdən 5-ə düşüb.

Telekanal bildirir ki, Burdurda 2021-ci ilin yayında quruyan böyük Karataş gölü yenidən dolmağa başlayıb və bu gün yalnız kiçik bir sahəsi var.

“Meke krater gölü isə tamamilə quruyub. Əvvəllər onun dərinliyi 6 metrə çatırdısa, indi bu yerdə bir litr də su tapmaq mümkün deyil”, -deyə Türkiyə telekanalının reportajında bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır