Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-25,
Seanews
Heyder Eliyev

oniya balina ovunu bərpa

Tokio balina ovunu bərpa etmək üçün Beynəlxalq Balinaovu Komissiyasından (BBK) çıxır. Bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa məlumat verib. Baş katib bununla gələn ilin iyulundan balinaların ticarət məqsədilə ovunun bərpa olunacağını bildirib. Y.Suqa əlavə edib ki,  30 ildən çox  müddətdə Yaponiya balina ovunun səmərəli şəkildə təşkilinə çalışsa da, onların ovlanmasının əleyhinə olan ölkələr buna imkan verməyiblər. Baş katibin sözlərinə görə, BBK-nın sentyabrda keçirilən toplantısı zamanı balina ovu tərəfdarları ilə bunun əleyhinə olan ölkələrin həmin təşkilat çərçivəsində birgə fəaliyyətinin mümkün olmadığı məlum olub. Y.Suqa bəyan edib ki, Yaponiya balina ovu ilə yalnız ona məxsus olan sularda və məxsusi iqtisadi zonada məşğul olacaq. Balina ovu Antraktidanın ətrafındakı sularda və Cənub yarımkürəsinin digər hissələrində aparılmayacaq. Yaponiya balina ovunun mümkün sayını BBK tərəfindən qəbul edilən üsullardan istifadə edərək müəyyən edəcək. Xatırladaq ki, Yaponiya kommersiya məqsədilə balina ovunu 1988-ci ildə, BBK tərəfindən 1982-ci ildə tətbiq edilən moratoriuma əsasən dayandırıb. Bildirildiyinə görə, hazırda Yaponiya tərəfindən balinalar yalnız elmi məqsədlər üçün ovlanır. Son illər Yaponiya hökuməti dəfələrlə balinaların bəzi növlərinin sayının kifayət qədər artdığını bildirərək, onların ovlanmasının bərpa edilməsini təklif edib. Lakin həmin təklif bunun əleyhinə olan ölkələr tərəfindən rədd edilib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır