Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Xəzərdə yerləşən dəniz limanlarının modernləşdirilməsi Türkmənistana dünya bazarlarına çıxış imkanı verir

Xəzər dənizində yerləşən dəniz limanlarının modernləşdirilməsi Türkmənistana dünya bazarlarına çıxış imkanı verir.

“Seanews.az” xəbər verir ki, bu fikri 2024-cü ildə Moskvada keçirilən “Nəqliyyat həftəsi” çərçivəsində Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyi baş direktorunun müavini Allahqulu Xudaberdiyev söyləyib.

“Ölkəmiz coğrafi mövqeyinə görə qlobal təchizat zəncirinin inkişafında mühüm rol oynayır və iqtisadi artımın mühüm amili kimi nəqliyyat infrastrukturunun inkişafına böyük önəm verir. Son illər ölkəmizdə avtomobil və dəmir yollarının tikintisi və müasirləşdirilməsi fəal şəkildə həyata keçirilir. Bu, bizə qonşu ölkələrlə daha sıx nəqliyyat əlaqələri yaratmağa imkan verir. Türkmənistanın dünya bazarlarına çıxışını təmin edən Xəzər dənizində dəniz limanlarının modernləşdirilməsinə xüsusi diqqət yetirilir”, - Allahqulu Xudaberdiyev bildirib.

O xatırladıb ki, genişmiqyaslı modernləşdirmə nəticəsində Türkmənbaşı beynəlxalq dəniz limanı çoxfunksiyalı nəqliyyat qovşağına çevrilib. İldə 17 milyon ton yükaşırma qabiliyyətinə malik liman eyni vaxtda 17-dən çox gəmi qəbul edə bilir.

“Bu gün Türkmənistanda bir neçə gəmi tikilir. Hazırda 6 min ton tutumlu iki quru yük gəmisinin tikintisi davam edir. Ümumilikdə altı gəminin inşası planlaşdırılır və sonrakı illərdə bu gəmilərin sayı artacaq”, - deyə Allahqulu Xudaberdiev əlavə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır