Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

imarkada 9 yeni süni ada yaradıl

Danimarka paytaxtında 9 yeni süni ada yaradılacaq. Bu ölkənin hökuməti Kopenhagen sənaye rayonunun genişləndirilməsi və yeni investisiyaların cəlb olunması üçün yanvarın 7-də doqquz yeni süni adanın yaradılması planını dəstəkləyib. Hökumətin planına görə, yeni layihə 3 milyon kvadratmetr ərazini əhatə edəcək. Layihənin reallaşdırılmasına təqribən 380 müəssisə cəlb ediləcək, 12 min iş yeri yaradılacaq. Ölkə iqtisadiyyatı 8 milyard dollardan çox artacaq. Bu da Danimarkada ümumi daxili məhsulun 2,5 faizinə bərabərdir. Adaların yaradılması Kopenhagen və Xvidovr şəhərləri bələdiyyələri, habelə bir sıra pensiya şirkətləri arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Kopenhagendən olan məişət tullantılarından bioqaz istehsal etmək, çirkab suları təmizləmək və külək dəyirmanlarının ekoloji təmiz enerjisini toplamaq üçün adalardan birində zavod inşa ediləcək. Digər adalarda sənaye şirkətləri üçün yerlər yaradılacaq. Tikinti 2022-ci ildə başlaya, layihə isə 2040-cı il üçün tam reallaşa bilər. Krallığın iqtisadiyyat və daxili işlər naziri Simon Ammittsböl–Bille deyib: “Biz biznesin, investisiyaların və yüksək ixtisaslı işçi qüvvəsinin cəlb edilməsi üçün beynəlxalq rəqabətdə güclü olacağıq. Bu, təkcə paytaxtda deyil, bütün Danimarkada yüksəlişə və inkişafa kömək edə bilər”. KİV-lər yazırlar ki, yeni layihə dövlətin dəstəyini alandan sonra Danimarka parlamenti tərəfindən də bəyənilməlidir. Tikinti işləri yalnız bundan sonra başlaya bilər. Qeyd edək ki, Zelandiya, Slotsholmen və Amager adalarında yerləşən Kopenhagen süni adacıqların tikintisi hesabına artıq dəfələrlə genişlənib. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır