Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

NATO dənizaltı kabellərə nəzarət etmək üçün pilotsuz gəmilərdən ibarət donanma yaratmağı planlaşdırır

Şimali Atlantika Alyansı Baltik və Aralıq dənizlərində sualtı infrastrukturu qorumaq üçün pilotsuz müşahidə gəmilərindən ibarət donanma yaratmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki,bunu fransalı admiral və Müttəfiqlərin Transformasiya üzrə Ali Baş Komandanı Pyer Vandye Amerikanın həftəlik “Defense News” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, alyans artıq “NATO-nun vəziyyəti gündəlik olaraq görüb nəzarət edə bilməsi” üçün pilotsuz suüstü donanmanın yaradılmasının ilkin mərhələlərinə başlayıb. Vandye vurğulayıb ki, alyans komandanlığı 2025-ci ilin iyununda Niderlandda keçiriləcək NATO-nun növbəti sammitinə qədər belə bir donanma yaratmağı hədəfləyir.

Nəşrin qeyd etdiyi kimi, blokun yüksək səviyyəli nümayəndələri Avropa sularında sualtı kabellərin zədələnməsindən sonra dənizdə nəzarəti gücləndirməyi planlaşdırmağa başlayıblar. Bu xəsarətlərdən sonuncusu bir neçə həftə əvvəl baş verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır