Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-25,
Seanews
Heyder Eliyev

ddətli külək nəticəsində 270 konteyner dənizə dü

Şimal dənizində Hollandiya ilə Almaniya arasındakı Borkum adasında şiddətli fırtına səbəbindən “MSC ZOE” gəmisindəki 270 konteyner dənizə düşüb. “Seanews.az” xəbər verir ki, bu barədə Hollandiya Sahil Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, konteynerlərin içərisində müxtəlif elektron əşyalar, avtomobil parçaları, mebel, paltar və oyuncaq olub. Onların arasında təhlükəli məhsulların olduğu da qeyd edilib. Hollandiya Sahil Təhlükəsizlik Xidməti vətəndaşları konteynerlərə yaxınlaşmamaq və toxunmamaq barədə xəbərdarlıq edib. Qeyd edək ki, 2015-ci ildə istismara verilən sözügedən gəmi 396 metr uzunluğa, 19.224 TEU yükgötürmə qabiliyyətinə malikdir. Bu göstəricilərinə görə “MSC ZOE” dünyanın ən böyük konteyner gəmisi arasında yer alır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır