Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Belə bir qəzadan xilas olmağım böyük şansdı

Yanvarın 7-də Samsun sahillərində batan quru yük gəmisinin aşpazı Tetiano Budko qəza zamanı yaşadıqlarını danışıb.  Budko gəminin dalğa nəticəsində ikiyə ayrıldığını və qısa müddətdə batdığını bildirib: “Hadisə vaxtı otağımdaydım. Səsləri eşidən kimi yuxarı qalxdım. Hər kəsin dənizə atılmaq üçün hazırlaşdığını gördüm. Dərhal otağıma qayıdıb termal geyimimi götürdüm. Vaxt çox azıydı, paltarları geyinib özümü suya atdım.” O, həyatda qalmaq üçün ciddi mücadilə apardığını deyib: “Əlimdən gələni etdim. Gəmi beş dəqiqə içərisində batdı. Heyət bir-birinə kömək göstərirdi. Təxminən 2,5 saat suda qaldım. Tam xatırlamıram. Xeyli mübarizə apardıq və üşüdük. Daha sonra bizi xilas etmək üçün helikopter gəldi. Çox sevindik. Bizi qurtaran hər kəsə təşəkkür edirəm. “ Budko bildirib ki, gəmi su almağa başlayarkən qorxub və öləcəyini düşünüb: “Çox qorxdum, şansımız yox idi. Belə bir qəzadan xilas olmaq böyük şansdır.” Qeyd edək ki, yanvarın 7-də Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi batıb. Hadisə zamanı gəmidə 13 nəfər heyət üzvü olub.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır