Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

sunda batan gəminin heyət üzvü: Hadisə gecə baş versəydi, xilas ola bilmə

Samsun şəhəri yaxınlığında batan  “Volgabalt 214” gəmisindən xilas edilən mexanik Shevchuk Stanislav hadisənin təfərrüatlarını danışıb.  O, gəminin əlverişsiz hava şəraiti səbəbindən batdığını deyib: “Hadisə səhər saatlarında baş verdi. Dənizdə dalğanın hündürlüyü təxminən 5 metrə çatırdı. Gəmi çox qısa bir müddətdə – 5 dəqiqə içərisində batdı. Biz termal geyimlərinin köməkliyi ilə xilas ola bildik.” Shevchuk Stanislav deyib ki, hadisə gecə baş versəydi, xilas üçün hər hansı şans olmazdı: “Gəminin batdığını hiss edən kimi suya atıldıq. Dərhal xilasetmə qayıqlarını dənizə endirdik. Dalğa çox olduğuna görə qayıqlara hamı minə bilmədi. Suda olanlar donmağa başladı. Təxminən dörd saat suda qaldıq. Daha sonra xilasetmə qrupu gəldi. Hadisə gecə baş versəydi, xilas ola bilməzdik.” Hazırda Stanislav ilə birlikdə daha dörd gəmi heyəti üzvünün Samsun Sağlıq Elmləri Universitetinin xəstəxanasında müalicəsi davam edir. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Qeyd edək ki, ötən gün Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi batıb. Hadisə zamanı gəmidə 13 nəfər heyət üzvü olub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır