Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-11,
Seanews
Heyder Eliyev

Britaniya Çaqos bazasından istifadəyə görə Mavrikiyə 11 milyard dollar təklif edib

Britaniya Çaqos arxipelağında yerləşən Dieqo-Qarsiya adasındakı hərbi bazadan 99 il istifadəyə görə Mavrikiyə ildə 90 milyon funt-sterlinq (110 milyon ABŞ dolları) təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Oktyabrın 3-də Britaniya hökuməti Hind okeanının mərkəzində yerləşən Çaqos arxipelağını onun idarəetməsinə vermək üçün Mavrikiy ilə müqavilə bağladığını elan edib.

Eyni zamanda, əldə olunmuş razılaşmalara əsasən, Dieqo-Qarsiya adasındakı Britaniya-Amerika hərbi bazası ən azı 99 il fəaliyyətini davam etdirməlidir.

Mavrikinin yeni Baş naziri Navin Ramqulam sazişin ilkin variantı ilə razılaşmadığını bildirib. Onun fikrincə, müqavilə o formada millətin gözlədiyi faydaları gətirməyəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır