an gəmi yenidən inşa olun
2017-ci ildə Cənubi Koreyanın “Hyundai Heavy Industries” tərsanəsində inşa olunan və 2018-ci ilin martında yanan konteyner gəmisi “Maersk Honam” yenidən inşa olunacaq. “Seanews.az” xəbər verir ki, bu barədə “Maersk Line” şirkəti məlumat yayıb. Şirkətdən bildirilib ki, bu məqsədlə gəmi 2019-cu ilin martında “Hyundai Heavy Industries”-ə aparılacaq. “Maersk Honam”-ın yenidən tikintisi 30 milyon dollardan bahaya başa gələcək. 353 metr uzunluğundakı “Maersk Honam” “Cosco Shipping Heavy Transport”-un “Xin Guang Hua”da gəmisi ilə daşınacaq. Gəminin bu ilin ikinci yarısında istismara qaytarılması nəzərdə tutulur. Qeyd edək ki, keçən ilin mart ayında Umman sahillərində gəmidə baş verən yanğın zamanı 5 heyət üzvü həyatını itirmişdi.