Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-29,
Seanews
Heyder Eliyev

“Unity” sazişi sualtı qayıqları üçün “nüvə reaktorlarının layihələndirilməsi, istehsalı və dəstəklənməsini” nəzərdə tutur

Böyük Britaniya hökuməti “Rolls-Royce” şirkətinə sualtı donanmanın modernləşdirilməsi proqramı çərçivəsində sualtı qayıqların nüvə reaktorlarının tikintisi üçün 11 milyard dollarlıq müqavilə imzalayıb.

“Seanews.az” TASS-a istinadən xəbər verir ki,Britaniya hökumətinin məlumatında deyilir ki, “Unity” sazişi Böyük Britaniya sualtı qayıqları üçün “nüvə reaktorlarının layihələndirilməsi, istehsalı və dəstəklənməsini” nəzərdə tutur.

“AUKUS” tərəfdaşlığı çərçivəsində Böyük Britaniya “SSN-AUKUS” sualtı qayıqlarının seriyasının tikintisinə başlamaq niyyətindədir. Gəmilər Britaniya və Avstraliya Hərbi Dəniz Qüvvələri tərəfindən istismara qəbul ediləcək. Böyük Britaniyanın “BAE Systems” və “Rolls-Royce” şirkətləri Avstraliyanın gəmiqayırma şirkəti “ASC Pty Ltd” ilə birlikdə nüvə sualtı qayığının yaradılması üzərində işləyəcəklər.

Xatırladaq ki, “AUKUS” 2021-ci ildə yaradılmış Avstraliya, Böyük Britaniya və ABŞ arasında təhlükəsizlik tərəfdaşlığıdır. Daha əvvəl məlumat verildiyi kimi, Avstraliya alyansdakı tərəfdaşlarının köməyi ilə ən azı səkkiz nüvə sualtı qayığı inşa etməyi və silahlı qüvvələrini Amerika qanadlı raketləri ilə təchiz etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır