“Yaşıl” dəniz dəhlizi Afrika ilə Avropanı birləşdirəcək
Mərakeş və İspaniya sahilləri tezliklə elektrik bərələri ilə işləyən gəmi xətti ilə birləşdiriləcək.
“Seanews.az” xəbər verir ki, İspaniyanın “Balearia” gəmiçilik şirkətinin bərələri İspaniyanın Tarifa limanı ilə Mərakeşin Tanjer limanı arasında səfərlər edəcək.
“Balearia” gəmiçilik şirkətinin prezidenti Adolfo Utor Martinez Madriddə təqdimat zamanı deyib ki, "İspaniya və Mərakeş arasında ilk 100% yaşıl dəniz dəhlizi olan bu dövlət-özəl layihə, Cəbəllütariq boğazının hər iki tərəfindəki liman infrastrukturunun elektrikləşdirilməsinə töhfə verəcək".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır