Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-30,
Seanews
Heyder Eliyev

İri gəmiçilik şirkətləri Qırmızı dənizə qayıtmağa tərəddüd edirlər

Dünyanın nəhəng konteyner daşıma operatorları Qırmızı dənizlə yüklərin nəqli üçün davamlı təhlükə yaradan qeyri-sabitlikdən narahatlığını ifadə ediblər.

“Seanews.az”  “The Wall Street Journal”-a istinadən xəbər verir ki, Yəməndəki husilərin Qəzzada atəşkəs qüvvədə olduğu müddətdə hücum etməyəcəyinə dair vədinə baxmayaraq, daşıyıcılar gəmiləri Qırmızı dənizə qaytarmaq niyyətində deyillər.

Böyük şirkətlərdən üçü – “MSC Mediterranean Shipping”, “AP Moller-Maersk” və “CMA CGM” Qəzza zolağında gözlənilməz vəziyyət və Yaxın Şərqdəki ümumi gərginlik səbəbindən alternativ marşrutlardan istifadə etməyə üstünlük verdiklərini bildiriblər.

Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlar böyük konteyner daşıyıcılarını marşrutu dəyişməyə məcbur edib. Afrika qitəsi ətrafındakı marşrutdan istifadə isə daşıma qiymətlərinin artması ilə yanaşı, yüklərin Asiyadan Avropaya çatdırılma müddətini də xeyli (7 gündən 20 günə qədər) artırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır