

tanbulun Tuzla tərsanəsində gəmidə yanğın
İstanbulun Tuzla rayonundakı Tərsanələr bölgəsində “Honq Konq LR2 Poseidin” adlı yanacaq daşıyan gəmidə yanğın baş verib. Hadisə zamanı iki nəfər ölüb. Biri ağır olmaqla, 11 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Yanğının yanacağın boşaldılması zamanı baş verdiyi bildirilir. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır