Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-31,
Seanews
Heyder Eliyev

Estoniya Baltik dənizindən istifadəyə görə gəmiçilik şirkətlərinə vergi tətbiq etməyi təklif edir

Baltik dənizindən istifadəyə görə gəmiçilik şirkətlərinə vergi tətbiq oluna bilər.

“Seanews.az” “RBC”-yə istinadən xəbər verir ki, bu fikri Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

Nümunə kimi o, sərnişinlərdən eniş haqqı alan hava limanlarını göstərib ki, bu da biletin qiymətinə daxildir.

Nəşrin məlumatına görə, dəniz infrastrukturunun mühafizəsi tədbirləri kimi gəminin endirilmiş lövbərlərini aşkar etmək üçün sensorların quraşdırılması və kabellərin ətrafında qoruyucuların qurulması təklifləri hazırlanır. Hanno Pevkurun fikrincə, bu cür texnologiyalara investisiyalar son nəticədə sakinlərə daha yüksək vergilər və ya kommunal xərclər şəklində təsir göstərə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır