Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-02,
Seanews
Heyder Eliyev

Laçi limanının modernləşdirilməsinə 50 milyon avro sərmayə qoyulacaq

Kiprin Laçi limanının genişləndirilməsi və modernləşdirilməsinə 50 milyon avro ayrılacaq.

“Seanews.az”  “Dom Live”-ya istinadən xəbər verir ki, bunu Kiprin nəqliyyat naziri Aleksis Vafeadis bildirib.

Onun sözlərinə görə, layihənin məqsədi Akamas yarımadasına əsas qapı, gəzinti gəmiləri və kruiz qayıqları üçün çıxış nöqtəsi kimi xidmət edəcək limanın dəniz və quru infrastrukturunu yaxşılaşdırmaqdır.

Laçi limanının genişləndirilməsi və modernləşdirilməsi planına yeni körpülərin və üzən dokların, dalğaqıranlardan kənarda kruiz gəmilərinin yanalma yerlərinin, qayıqlara texniki xidmət sahəsinin, yanacaqdoldurma məntəqələrinin, restoranlar, əyləncə məkanlarının, gömrük, liman polisi və balıqçılıq departamenti üçün ofislərin yaradılması daxildir.

Nazirin sözlərinə görə, bu layihə üzrə tender 2026-cı ilin fevralına kimi yekunlaşacaq. Layihənin birinci mərhələsi 2028-ci ilin fevralında biitəcək.. 2028-ci ilin avqustunda başa çatdırılması planlaşdırılan ikinci mərhələ limanın tutumunu üç dəfə artıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır